...

Azərbaycanda keçiriləcək referendumu izləyəcək müşahidəçilərə hüquqi yardım göstəriləcək

Siyasət Materials 17 Mart 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bакı, 17 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanda keçiriləcək referendumda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçki komissiyalarında qeydiyyatdan keçən müşahidəçilərlə əməkdaşlıq edəcək.

"Mərkəzin hüquqşünasları 118 dairədən olan müşahidəçilərə hüquqi yardım da göstərəcək", - çərşənbə axşamı Trend -a Seçkilərin Monitorinqi və Demokratiyanın (SMTD) Tədrisi Mərkəzinin media və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Referenduma hazırlıq dövründə SMTD 118 seçki dairəsində müşahidəçilərin hazırlanması üçün 54 təlim keçirib.

"Təlimlərin nəticəsi olaraq, SMDT 1148 müşahidəçinin seçki komissiyalarında qeydiyyatdan keçirilməsinə hüquqi və texniki yardım göstərib", - mərkəzin məlumatında qeyd edilir.

SMDT-nin müşahidəçilərin hazırlanması və hüquqi-texniki proqramı ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti