...

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçiciləri referendumun səsverməsində aktiv iştirak etməyə çağırıb

Siyasət Materials 18 Mart 2009 08:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri seçiciləri referendumun səsverməsində aktiv iştirak etməyə çağırıb

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə -referendum günü seçiciləri səsvermədə aktiv iştirak etməyə çağırıb.
"Seçicilərin seçimi Azərbaycanın sonrakı inkişafı naminədir" Pənahov deyib.

Pənahovun sözlərinə görə, bütün seçki məntəqələrində əlverişli, münbit şərait yaradılıb, müasir avadanlıqlarla təchiz olunub ki, seçicilər azad şəkildə Konstitusiyaya əlavə və dəyişikliklərə münasibətlərini bildirsinlər.

"Azərbaycan seçiciləri kifayət qədər Konstitusiyaya əlavə və dəyişikliklərlə tanış olublar. Onlar artıq öz seçimini ediblər" Pənahov deyib.
Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti