...

Azərbaycanın 24 saylı Nizami Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində 200-ə yaxın məhkum səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart  / Trend müxbir K.Zərbalıyeva /

1 saylı cəzaçəkmə müəssisəsində yaradılmış 24 saylı Nizami Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində 939 məhkum səsvermədə iştirak edəcək. Saat 11:00-a olan məlumata görə, artıq 200-ə yaxın məhkum səs verib, Trend -un məlumatına görə, bu barədə jurnalistlərə seçki məntəqəsinin sədri Samir Nəzərov bildirib.

Bu gün 1 saylı cəzaçəkmə müəssisəsində 5 məhkuma amnistiya tətbiq olunaraq azadlığa buraxılıbr.

Məhkumlarla söhbət zamanı bildiriblər ki, referenduma çıxarılacaq məsələlər barədə məlumatlıdırlar və referenduma hazırlıq məsələsində maddələrlə bağlı onlarla maarifləndirmə işləri aparılıb. Məhkumlar səsvermənin demokratik şəffaf və açıq keçirildiyini bildiriblər.

Amnistiya Aktının icrası və referendumu izləmək məqsədi ilə bir qrup mətbuat nümayəndələri, ombudsman, Penitensiar Xidmətin əməkdaşları cəzaçəkmə müəssisələrində olublar.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib ki, bu günün sonuna qədər 100-ə yaxın məhkumun referendumda iştirakından sonra amnistiya tətbiq olunaraq azadlığa buraxılması nəzərdə tutulub.

Milli Məclis çərşənbə axşamı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təqdim edilən doqquz min məhbusa aid ediləcək "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb. Indiyədək qəbul olunan səkkiz Amnistiya Aktı 40 min məhbusa aid edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti