...

Seçicilərin Azərbaycanda keçirilən referendumla bağlı səsvermədə iştirakı yerli vaxtla səhər saat 10:00 üçün 15-16 faiz təşkil edir – AVCİYA

Siyasət Materials 18 Mart 2009 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend müxbir Z.Əhmədova /

Seçicilərin Azərbaycanda keçirilən referendumla bağlı səsvermədə iştirakı yerli vaxtla səhər saat 10:00 üçün 15-16 faiz təşkil edir. Bu haqda Trend -a Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib.

Onun sözlərinə görə, bir neçə məntəqədə pozuntular qeydə alınıb. 1 nömrəli Yasamal seçki dairəsinin 19 saylı seçki məntəqəsinə AVCİYA-nın müşahidəçisi buraxılmayıb. "Assosiasiya əməkdaşlarının Mərkəzi Seçki Komissiyasına telefon zəngindən sonra problem həll olunub", - Zülfüqarlı bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı -   [email protected]

Xəbər lenti

Xəbər lenti