...

MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən referendumun yaxşı təşkil olunduğunu qeyd edirlər

Siyasət Materials 18 Mart 2009 12:46 (UTC +04:00)
MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən referendumun yaxşı təşkil olunduğunu qeyd edirlər

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir N.Abdullayeva /

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumun yaxşı təşkil olunduğunu qeyd edirlər. Bu barədə Trend -a missiyanın Rusiyadan olan üzvü Yevqeni Kazvin bildirib.

Kazvinin sözələrinə görə, MDB PA müşahidəçiləri referendum günü Bakının yeddi məntəqəsinə baş çəkiblər və seçici fəallığının şahidi olublar. Yerli vaxtı ilə saat 11:00 üçün bu yeddi seçki məntəqəsində seçicilərin 30-35 faizi səsvermədə iştirak edib.

"Pozuntu aşkarlanmayıb, səsvermə normal təşkil olunub", - deyə Səbail rayonun beşinci seçki məntəqəsində səsvermənin gedişatı ilə tanış olandan sonra Kazvin  bildirib.

Burada 1420 seçici qeydiyyata alınıb. Saat 12:00-dək 350 nəfər səs verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Xəbər lenti

Xəbər lenti