...

Azərbaycanın şimal-qərbində saat 12:00-a olan məlumata görə, seçicilərin 31 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 13:16 (UTC +04:00)

Azərbaycan, Şəki, 18 mart / Trend , müxbir X.Əkbərova /

Azərbaycanın şimal-qərbində yerləşən dörd seçki dairəsində seçici fəallığı müşahidə olunur.

Trend -un bölgə müxbirinə Dairə Seçki Komissiyalarından verilən məlumatına görə, 113 saylı Şəki şəhər dairəsində saat 12:00-a olan məlumata əsasən, 11 min 198 nəfər səsvermədə öz iradələrini ifadə edib, bu da ümumi seçicilərin 31, 55 faizi deməkdir.

114 saylı Şəki kənd-I dairəsində 10 940 nəfər, yəni seçicilərin 31,04 faizi, 115 saylı dairə üzrə isə 11 min 553 nəfər, ümumi seçicilərin 34,1 faizi səsvermədə iştirak edib.

Hər üç dairədə 90 məntəqə var. Seçicilərin sayı isə 103 206 nəfərdir.

Həmin dairələrdə iki beynəlxalq müşahidəçi səsverməni izləyir.

112 saylı Qax şəhər seçki dairəsində isə seçicilərin 35 faizi (13 399 nəfər seçici) səsvermədə iştirak edib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti