...

Azərbaycanda saat 13:30-dək məhkumların 60-70 faizi referendumda iştirak edib

Siyasət Materials 18 Mart 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın cəzaçəkmə müəssisələrində saat13.30-dək məhkumların 60-70 faizi referendumda iştirak edib, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən çərşənbə günü Trend -a məlumat verilib.

İdarədən bildirilib ki, referendumla bağlı cəzaçəkmə müəssisələrində 24 seçki məntəqəsi yaradılıb.

DSK-lar tərəfindən seçki məntəqələri müvafiq ləvazimatlarla, seçki bülletenleri ilə təmin olunub, məntəqə komissiyaları formalaşıb.

Açıq tipli müəssisələrdə (məntəqə tipli və xüsusi müəssisələrdə) cəza çəkən məhkumlar isə ərazi üzrə yaradılmış seçki məntəqələrində səs verirlər.

Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var.

Bu müəssisələrdə 3 cəza növünün icrası həyata keçirilir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti