...

Azərbaycanda keçirilən referendumda seçicilərin iştirakı fəaldır - MDB müşahidəçi missiyasının rəhbəri

Siyasət Materials 18 Mart 2009 14:45 (UTC +04:00)
Azərbaycanda keçirilən referendumda seçicilərin iştirakı fəaldır - MDB müşahidəçi missiyasının rəhbəri

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir N.Abdullayeva /

"Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə referendumda seçicilərin iştirakı fəaldır, bəzi məntəqələrdə yerli vaxtla saat 13.00 üçün fəallıq 50 faizi ötüb", - çərşənbə günü Trend -a MDB müşahidəçi missiyasının rəhbəri Toktasım Buzubayev deyib.

"Səhər tezdən biz beş seçki məntəqəsində olduq və tərəfimizdən heç bir pozuntu qeydə alınmayıb. Səsvermə sakit, Seçki Məcəlləsinə uyğun keçirilir", - Buzubayev qeyd edib.

"Bütün bunlar Azərbaycan MSK-nın və mərkəzi dairə komissiyalarının həyata keçirdiyi fəal işin sayəsində mümkün olub", - MDB missiyasının rəhbəri bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti