...

Astanada yaşayan Azərbaycan vətəndaşlarının 82 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 19:48 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 mart / Trend , müxbir K.Arınova/

Astanada Azərbaycan konstitusiyasına ediləcək dəyişiklik və əlavələr üzrə keçirilən referendumda seçki məntəqələrinin bağlanmasından sonra keçirilən hesablamalara əsasən, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarının 82 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib.

Referendumda 745 nəfərdən 611-i səs verib, - Trend -a Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Qazaxıstanda cəmi iki seçki məntəqəsi açılıb. Onlardan biri Astanada Azərbaycan səfirliyinin binasında, digəri isə Aktau şəhərindəki Baş konsulluqda açılıb. 

Aktuadakı seçki məntəqəsi iki saaatlıq saat fərqi səbəbindən hələ bağlanmayıb. Hazırda orada 358 seçicidən 298-i səs verib ki, bu da orada yaşayan Azərbaycan vətəndaşlarının 83 faizini təşkil edir.

Referenduma hazırlıq çərçivəsində Qazaxıstanda müvəqqəti yaşayan və səsvermə hüququna malik olan vətəndaşlar üzrə səfirliyin vətəndaş qeydiyyatı siyahısı tərtib edilib.

Səfirlikdə referendumun yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə seçki komissiyaları yaradılıb. 

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətini hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti