...

Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərlə bağlı "exit-poll"un ilkin nəticələri açıqlanıb

Siyasət Materials 18 Mart 2009 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

AVCİYA və "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi "exit-poll" tədqiqatının ilkin nəticələri barədə məlumat yayıblar.

"Referendum zamanı Azərbaycanda 118 seçki dairəsinin 800 məntəqəsində AVCİYA və "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi "exit-poll" tədqiqatının ilkin nəticələrinə əsasən, seçici fəallığı 69,7% olub, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 50 faizindən çoxu tərəfindən dəstəklənib", - "ELS" Müstəqil Araşdırmalar Mərkəzininin rəhbəri İradə Yaqubova Trend -a məlumat verib.

"ELS" Araşdırma Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumda "exit-poll" aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınıblar.

Hər iki qeyri-hökumət təşkilatı 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" aparıb. Hər məntəqədə "exit-poll" iki nəfər tərəfindən həyata keçirilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib. Səsvermə 19:00-da başa çatıb. 17:00-a olan məlumata görə, Azərbaycanda seçicilərin 64,12 faizi iştirak edib.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti