...

Azərbaycanda keçirilən referendumun nəticələri uğurlu islahatların keçirilməsinə şərait yaradacaq

Siyasət Materials 19 Mart 2009 18:16 (UTC +04:00)

Əhalinin bir şəxsə prezident vəzifəsinə iki dəfədən artıq seçilmək hüququ verdiyi referendumun nəticələri respublikada uğurlu islahatların davam etdirilməsinə şərait yaradacaq. Bu rəylə bu gün İTAR-TASS-a müsahibəsində Beynəlxalq İşlər üzrə Dövlət Duması komitəsinin sədr müavini Leonid Slutski çıxış edib.

Onun sözlərinə əsasən, Azərbaycanda keçirilən ümumxalq səsverməsi əhalinin hazırki Prezident İlham Əliyevi misilsiz dərəcədə dəstəklədiyini göstərir.

"Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının inkişafını təmin etmiş, yoxsulluqla mübarizə proqramını uğurla həyata keçirmiş, Dağlıq Qarabağ hadisələrindən sonra miyonlarla insanın evsiz-eşiksiz qalması ilə nəticələnən faciənin nəticələrini aradan qaldırmış, onları yerləşdirmiş və işlə təmin etmişdir", - deputat qeyd edib.

Bununla, Slutski Azərbaycan konstitusiyasına edilən dəyişikliklərin demokratiya prinsiplərinə uyğun olmadığını söyləyən qərb tənqidçilərinin mənfi şərhlərini qəbul etmir. O, hesab edir ki, hər bir ölkənin öz demokratiya yolu var, onun Qərbi Avropa və Amerika nümunələri çətin ki, Qafqaz regionunda qəbul olunsun.

Azərbaycan vətəndaşları referendumda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin məhdudlaşdırılmasının ləğv edilməsi üzrə səs veriblər. Azərbaycan konstitusiyasının 29 maddəsinə ediləcək bütün dəyişikliklər ölkə əhalisinin 90 faizinin dəstəyi nəticəsində qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti