...

Tehran Vaşinqtonu İrana yanaşmada əsaslı şəkildə dəyişiklər etməyə səsləyir- prezident müşaviri

Siyasət Materials 20 Mart 2009 18:33 (UTC +04:00)
Tehran Vaşinqtonu İrana yanaşmada əsaslı şəkildə dəyişiklər etməyə səsləyir- prezident müşaviri

İranın prezident müşaviri Obamanın Tehranla olan problemlərin həll edilməsi istəyini müsbət dəyərləndirir, lakin onu konkret addım atmağa çağırır.
İranda prezident Obamanın müraciətinə ilk reaksiyalardan birini İranının prezidenti Mahmud Əhmədinecadın mətbuat müşaviriveribO bildirib ki, AFP-ə verdiyi məlumatda bildirib ki, İran Birləşmiş ştatların əvvəlki ixtilafın aradan qaldırılması istəyini bəyənir, lakin Vaşinqtondan öz səhvlərini düzəltməsini istəyir. 

"Bunun edilməsi İranın ABŞ-ın ölkəyə düşməncəsinə, eyni zamanda təcavüzkar münasibətini unutması ilə əlaqədar deyil", - deyə o bildirib. O həmçinin əlavə edib ki, ABŞ ixtilafların aradan qaldırılmasına şərait yaradaarq əvvəlik səhvlərini etiraf etməli və onları düzəltməlidir.

Prezident müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, ABŞ-ın yeni höküməti "ölkənin İrana qarşı etdiyi səhvlərin aradan qaldırılması istiqamətində heç bir konkret addım atmayıb". O həmçinin ABŞ-ın yeni hökümətini İrana yanaşmada əsaslı şəkildə dəyişiklər etməyə səsləyir, AFP-dən bildirilib. 

İran xalqına cümə günü video müraciətində ABŞ prezidenti Barak Obama iranlıları Novruz bayramı münasibəti ilə təbrik edib.Obama bu bayramın ilin başlanğıcı kimi qeyd edərək bildirmişdir ki, onun höküməti İrana "diplomatik yanaşma" tərəfdarıdır. O İranla və beynəlxalq cəmiyyətlə konstruktiv münasibətlərin qurulmasına söz verib.

Lakin çıxışında o bir daha İranı terrorizmi dəstəkləməsində günahlandırmışdır, və bildirib ki, Tehran seçim etməlidir.
 ABŞ və İran arasındakı münasibətlər 1979-cu ildən sonra ABŞ Tehrandakı səfirliyinin zəbt olunmasından sonra 1980-ci ildə pozulmuşdur. Hazırda İran-Amerika münasibətləri Tehranın nüvə inkişaf proqramının sülh məramlı olmasına Vaşinqtonun şübhə ilə yanaşması səbəbindən gərginləşir. Tehran onun sülh məramlı olmasını təkid edir. Prezident Barak Obama ABŞ və İran arasında əməkdaşlıq imkanlarının olmasını söyləyən ilk ABŞ lideridir.


Xəbər lenti

Xəbər lenti