...

İslamda əsas məqsəd insanların həyatını qorumaqdır - ingiltərəli islamşünas

Siyasət Materials 22 Mart 2009 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart / Trend , müxbir R. Hafizoglu / İslam dinində əsas məqsəd sadəcə halal və haramı bir birindən ayırmaq deyil , insanların həyatını qorumaqdır.
"İslamda əsas məqsəd sadəcə halal və haramı bir birindən ayırmaq deyil, insanların həyatını qorumaqdır " - deyə tanınmış ingiltərəli islamşünas Casir Əl-Əvdə Trend -a bildirib.
İngiltərəli islamşünas hesab edir ki , bəzilərinin fikirlərinin əksinə olaraq İslam müasirliklə ziddiyyət təşkil etmir. "Bir çoxları hesab edir ki , İslam bir din olaraq müasirliyin, elmi tərəqqinin əksinədir. Bu fikirlər tamamilə səhvdir və İslam hər zaman elmi tərəqqini və inkişafı dəstəkləyib " - deyə o bildirib.
Əl-Əvdə fitva haqda da danışıb. "Hər hansı bir  məsələdə fitva verilərkən reallıqları da unutmamaq lazımdır. Başqa bir ölkədə yaşayan bir alimin digər bir ölkədə baş verən məsələlərlə bağlı  fitva verməsi də doğru deyil" - deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti