...

Türkiyənin Qafqazda təhlükəsizlik platformasının yaradılması ideyası tam formalaşmayıb – Gürcüstan prezidenti

Siyasət Materials 23 Mart 2009 13:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyə tərəfindən təklif olunan Qafqazda təhlükəsizlik platformasını natamam hesab edir. 

"Ankara tərəfindən təklif olunan Qafqaz təhlükəsizliyi platforması hələ tam formalaşdırılmayıb, lakin biz hər zaman çoxşaxəli mexanizmləri dəstəkləyirik", - deyə Saakaşvili Brüssel forumu çərçivəsində mətbuat konfransında bildirib.

"Bu ideya tam deyil və onun haqqında məsləhətləşmələr hələ ilkin mərhələdədir", - deyə dövlət başçısı qeyd edib.

Saakaşvili eyni zamanda əlavə edib ki, Avropa İttifaqını və regionunun digər böyük oyunçularını kənarda qoyan bu kimi mexanizmlərin yaradılmasını vacib hesab etmir. "Düşünürəm ki, hər hansı eksklüziv regional mexanizm yaradılmamalıdır. Lakin regionun bütün müsbət oyunçuları üçün açıq olan Aİ-nin mövcud strukturuna hər hansı bir əlavənin edilməsi təqdirə layiqdir", - deyə Gürcüstan prezidenti qeyd edib.

Ötən ilin avqustunda Ankara Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanın qoşula biləcəyi Qafqazda təhlükəsizlik platforması təklifi ilə çıxış edib,  Qafqazda sülhün bərqərar olması istiqamətində özünü vasitəçi qismində bəyan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti