...

Yunanıstan Gürcüstanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq ölkədə ATƏT-in missiyasının saxlanılmasını təklif edir

Siyasət Materials 23 Mart 2009 17:19 (UTC +04:00)
Yunanıstan Gürcüstanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq ölkədə ATƏT-in missiyasının saxlanılmasını təklif edir

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirtsxaliya /

Yunanıstan Gürcüstanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq ATƏT-in missiyasının bu ölkədə saxlanılması məsələsini həll etməyi təklif edir. Bu barədə Tbilisidə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə brifinqdə ATƏT-in hazırki sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis bildirib.

"Gürcüstanda təkcə Aİ-nin missiyasını saxlamaq olmaz. Aİ missiyası böyük səlahiyyəti olmadığından ATƏT-in missiyasını tam şəkildə əvəzləyə bilməz", - deyə Bakoyannis bildirib.

Bakoyannis Tbilisinin ATƏT-in təkliflərinə "konstruktiv yanaşmasını" bəyənib. "Biz nazir Vaşadze ilə ATƏT-in Gürcüstanda mandatının uzadılması istiqamətində bütün təşəbbüslərimizi müzakirə etdik. Söhbət konstruktiv keçdi, Gürcüstan tərəfi maksimal dərəcədə anlaşma göstərdi", - deyə Bakoyannis bildirib.

O, Yunanıstanın ATƏT-in Gürcüstanda mandatının uzadılması üzrə təklifindən təfsilatlı ilə danışmayaraq, bunun "Gürcüstanın ərazi bütövlüyünə hörmətə əsaslandığını" vurğulayib.

Vaşadzenin sözlərinə əsasən, ATƏT-in təklifi tərəflər üçün "ağıllı kompromislər" nəzərdə tutub. "Biz bütövlükdə ATƏT-in missiyasının Gürcüstanda saxlanılması ideyasını dəstəkləyirik və buna kömək etməyə hazırıq", - deyə Vaşadze bildirib. Lakin o, Yunanıstanın təklifinin mahiyyəti barədə konkret bir söz deməyib.

Gürcüstanın Cənubi Osetiya ilə sərhədi yaxınlığındakı rayonlarında vəziyyətlə bağlı monitorinq ATƏT-in 20 hərbi müşahidəçisi tərəfindən həyat keçirilir. ATƏT missiyasının Gürcüstandakı mandatı yanvar ayında tamamlanıb, hazırda missiyanın fəaliyyəti məhdudlaşıb.

Rusiya dekabrın 22-də ATƏT-in Daimi Şurasında bu təşkilatın Gürcüstanda mandatının uzadılmasına razılıq verməyib. O bildirib ki, hazırkı mandat Abxaziya və Cənubi Osetiya komponentlərini özündə birləşdirir və buna görə də nəzərdən keçirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti