...

Abdullah Gülün İraq səfəri PKK terror təşkilatının sonunu yaxınlaşdıracaq

Siyasət Materials 25 Mart 2009 09:00 (UTC +04:00)
Abdullah Gülün İraq səfəri PKK terror təşkilatının sonunu yaxınlaşdıracaq

Azərbaycan, Bakı, 23 mart  / Trend , müxbir R.Hafizoğlu/ Bağdad və Ankaranın PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq istəyi terror təşkilatının  sonunun yaxınlaşmasını göstərir.
    
"Abdulah Gül ilə İraq prezidenti Cəlal Tələbaninin PKK terror təşkilatına qarşı birgə mübarizə aparmaq  haqda danışıqları terror təşkilatının sonunun yaxınlaşdığını göstərir "- deyə İraqın vitse prezidentinin siyasi  məsləhətçisi Xəlil Əl-Əzravi Bazar ertəsi  Bağdaddan telefonla Trend - a bildirib.

Bu  gün İraqa rəsmi səfərə yola düşən Türkiyə Prezidenti Abdullah Gül təyyarədə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, PKK terror təşkilatına qarşı hər kəsin əlindən gələni etməsi vacibdir. Bu haqda Türkiyənin TRT telekanalı məlumat verib."PKK terror təşkilatına qarşı hamı əlindən gələni etməlidir" - deyə Türkiyə prezidenti Gül bildirib. Gül onu da əlavə edib ki , "PKK terror təşkilatına qarşı mübarizədə İraqın şimalındakı Kürd Administrasiyasının üzərinə böyük məsuliyyət düşür.

Kürd Fəhlə Partiyası (PPK) Sovet İttifaqının dəstəyi ilə 70-ci illərin sonunda yaradılıb. Əvvəlcə siyasi partiya kimi tanınsa da, 80 - ci illərin sonundan PKK üzvləri Türkiyə ərazisində dinc əhali və hərbi obyektlərə qarşı terror hücumları həyata keçirdilər. Dünyanın əksər ölkələrində PKK terror təşkilatı hesab edilir. Təşkilatın əsas məqsədi əsasən kürdlərin yaşadığı cənub-şərqi Türkiyədə  və İraqın şimalında  müstəqil kürd dövləti yaratmaqdır. Fəaliyyət mərkəzi İraqın şimalındakı Qəndil dağlarıdır. Türkiyənin hərbi qüvvələri terrorçuların məhv edilməsi üçün, bu ərazidə əməliyyatlar aparırlar. 1988-ci ildə İraqın Hələbcə şəhərinin kürd əhalisi arasında separatçı ideyalar yayılmağa başladı. Bunun qarşını almaq üçün o zamankı prezident Səddam Hüseyn Hələbcə əhalisinə qarşı kimyəvi silahdan istifadə etdi. Nəticədə, bir milyon nəfərə yaxın dinc sakin həlak oldu.

Türkiyə hökuməti ilə İraq hökuməti arasında PKK terror təşkilatına qarşı birgə mübarizi aparmaq haqda  dəfələrlə danışıqlar aparılsa da , ölkə daxilində olan siyasi xaos və gərginlik nəticəsində bu danışıqlar bir o qədər də nəticə verməyib.

"Hazırda iraqda vəziyyət əvvəlki  illərdən daha stabildir və bu stabillik Türkiyə ilə İraq hökumətinin terror  təşkilatına qarşı  birgə mübarizə  aparmaları üçün səmərəli olacaq "- deyə  Əl-Əzravi bildirib.

Türkiyəli hərbi ekspert  Şanlı bahadır Koç da hesab edir ki , terror təşkilatına qarşı birgə mübarizə aparmaq istəkləri uğurla nəticələnə bilər.
"ABŞ -n yeni prezidenti Barak Obamanın İraqdan qoşunları  çıxarmaq istəyi İraqı təhlükəsizlik baxımından qonşu  ölkələrdən xüsusən də Türkiyədən asılı vəziyyətə salıb " -deyə Koç bazar ertəsi İstanbuldan  telefonla Trend - a bildirib.

Bağdad və Vaşinqton arasında  2008-ci ildə imzalanan təhlükəsizlik müqaviləsinə görə , ABŞ 2010-cu  ilin axırınadək ordularını İraqdan tamamilə çıxaracaq.
"İraqda vəziyyətin nisbətən stabilləşməsi və şiə-sünni qarşıdurmasının  demək olar ki, sona çatması PKK  terror  təşkilatına qarşı mübarizəni gündəmə gətirir. Bundan əlavə isə artıq  PKK Türkiyə ABŞ-ın ortaq düşmənidir "- deyə Koç bildirib.

ABŞ  Dövlət katibi Hillari Klinton  martda Türkiyəyə səfəri zamanı PKK terror  təşkilatını ortaq düşmən adlandırıb və Ankara ilə  bu  məsələnin həlli istiqamətində danışıqlar aparıldığını bildirib.  

İraqda 2005-ci ildə sünni siyasi partiyaların parlament seçkilərini boykot etməsi ilə parlamentdə İrana meylli şiə partiyalarıq qalib gəldilər.  Sünnilər  parlament  seçkilərində iştirak edən şiə partiyalarını milli maraqlara  zidd  addım atmaqda ittiham etdilər və bu ölkədə şiə-sünni qarşıdurmasının başlanğıcı oldu.  

Almaniyada fəaliyyət göstərən  "Al-İraq Press" informasiya  agentliyinin  direktoru politoloq Abdullah əl-Cuburi isə hesab edir ki , PKK terror təşkilatı bir çox qonşu dövlətlər tərəfindən himayə olunur və İraq və Türkiyənin təşkilata qarşı birgə mübarizə aparmaq istəkləri bir o qədər də uğurlu olmayacaq.

"Ankara və Bağdadın birgə səyləri nəticəsində terror təşkilatının infrastrukturu  zəiflədilə bilər "- deyə Cuburi bazar ertəsi Hamburqdan telefonla Trend - a bildirib. Almaniyalı  politoloq onu da  əlavə edib ki, danışıqlarda əsas  hədəflərdən biri də Kərkükün statusu  və orda yaşan və  İraqın Şimalındakı kürd administrasiyası tərəfindən təzyiqlərə məruz qalan türkmənlərin vəziyyəti olacaq.

İraqda bir çox regionların statusu  dəqiqləşdirilsə də, türkmənlərin yaşadığı və neftlə zəngin olan Kərkükün statusu hələ də açıq qalır. İraq KİV- lərinin verdiyi məlumata görə ölkənin şimalındakı kürd administrasiyası Kərkükdə yaşana türkmən və ərəblərə şəhərə  tərk  etmələri  üçün təzyiqlər  göstərirlər.

"Yaxşı olardı ki, Türkiyə PKK terror təşkilatına birgə mübarizə aparmaqla yanaşı Kərkük türkmənlərinin  hüquqlarının  qorunması üçün təbdirlər  görsün"   

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti