...

AŞPA-nın məruzəçilərdən ibarət nümayəndə heyəti Gürcüstana gəlib

Siyasət Materials 25 Mart 2009 13:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) monitorinq komitəsinin məruzəçiləri Tbilisiyə gəliblər. Nümayəndə heyətinin tərkibinə AŞ PA deputatları - Matias İorş, Kastriom İslam və Bas Kleyn daxildirlər.

Gürcüstan parlamentindən verilən məlumata əsasən, səfər çərçivəsində məruzəçilər ölkə başçısı Mixail Saakaşvili, Baş nazir Nika Qilauri, parlamentin birinci vitse-spikeri Mixail Maçavariani, avqust müharibəsini araşdıran müvəqqəti parlament komissiyasının sədr müavini Xatuna Qoqorişvili, parlament fraksiyaları nümayəndələri, ədliyyə naziri Zuab Adeişvili, xarici işlər naziri Qriqol Vaşadze və onun müavini Qiqa Bakeriya və Seçki Məcəlləsi üzərində çalışan qrupun nümayəndələri ilə görüş keçirəcəklər. Eləcə də avropalı qonaqların qeyri-parlament müxalifəti ilə, xüsusən də "Vahid Gürcüstan Demokratik Hərəkatı" partiyasının lideri Nino Burcanadze və "Gürcüstan Naminə Alyans"ın rəhbəri İrakli Alasaniya ilə görüşləri planlaşdırılıb. 

AŞ PA-nın montorinq komitəsinin məruzəçiləri Avropa Şurasının Gürcüstan ofisini də ziyarət edəcəklər. Nümayəndə heyəti martın 27-də Gürcüstanı tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti