...

Gürcüstanın ABŞ-dakı səfiri etimadnamələrin surətini Hillari Klintona təqdim edib

Siyasət Materials 25 Mart 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Batu Kuteliya etimadnamələrin surətini ABŞ dövlət katibi Hillari Klintona təqdim edib. ABŞ Prezidenti Barak Obamaya etimadnamələrin təqdim olunması isə yaxın zamanda baş tutacaq.

Gürcüstan səfirinin sözlərinə əsasən, ABŞ-la Gürcüstanın strateji tərəfdaşlığı göz önündədir.

"Aramızdakı tərəfdaşlığı bu günə kimi olan münasibətlər təsdiq edir", - səfir qeyd edib.

Onun sözlərinə görə, sözügedən əməkdaşlığa yenidən baxılmayacaq.

"Bu baş verərsə, yalnız münasibətlərin daha da dərinləşməsi və fəallaşması istiqamətində baş verəcək", - Kuteliya Gürcüstan jurnalistlərinə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti