...

"Türkmənistan hava yolları" Sankt-Peterburqla hava əlaqələri yaradır

Siyasət Materials 26 Mart 2009 16:42 (UTC +04:00)

Türkməistan, Aşqabad, 26 mart / Trend , müxbir H.Həsənov /

"Türkmənhovayelları" şirkətinin nümayəndəsinin verdiyi məlumata əsasən, bu gün yeni Aşqabad - Sankt-Peterburq marşrutunun açılışı olacaq. Boeing 737-də baş tutacaq aviareysi "Türkmənhovayelları" aviaşirkəti həyata keçirəcək.

Şirkət nümayəndəsinin sözlərinə əsasən, bugünkü nümunə uçuşu Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovun Sankt-Peterburq səfəri ilə eyni vaxta salınıb. Mütəmadi olaraq reyslərə aprelin 5-dən start veriləcək və plana əsasən, uçuşlar cümə və bazar günləri həyata keçiriləcək.

Bununla yanaşı, "Türkmənhovayelları" Aşqabad-Samara, Aşqabad-Bişkek, Aşqabad-Urumçi (Çin) və Aşqabad-Antalya aviareyslərinin açlması ilə uçuş coğrafiyasını genişləndirmək niyyətindədir. Moskvaya edilən aviareyslərin də sayı artırılacaq.

Məqalə müəllifi lə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti