...

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Siyasət Materials 26 Mart 2009 21:28 (UTC +04:00)

Özbəkistan Dağlıq Qarabağ məsələsində əvvəllər olduğu kimi, bu gün də Azərbaycanı müdafiə edir.

Bu barədə cümə axşamı Bakıda Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşündə Özbəkistan müdafiə naziri Kabul Beryiev bəyan edib.   

Bu barədə Trend -a Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Görüşdə Özbəkistanla Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regional təhlükəsizlik məsələlərindən əlavə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və bölgədə onun yaratdığı gərginlik barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər Əbiyev Azərbaycanın problemin dinc yolla həll edilməsinə tərəfdar olduğunu bildirməklə yanaşı, onu da qeyd edib ki, bu baş tutmazsa Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcək.

Sonda Azərbaycan və Özbəkistan hökümətləri arasında hırbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Görüşdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla Erqaşev iştirak edib.

Xəbər lenti

Xəbər lenti