...

Şərqi Avropadakı RƏM planlarına bəlkə də ölümcül zərbə vurulub – Rusiyanın NATO-dakı daimi nümayəndəsi

Siyasət Materials 27 Mart 2009 13:56 (UTC +04:00)
Şərqi Avropadakı RƏM planlarına bəlkə də ölümcül zərbə vurulub – Rusiyanın NATO-dakı daimi nümayəndəsi

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir Е.Оstapenko/ "Çexiya hökümətinin istefası Şərqi Avropada RƏM sisteminin qurulması üzrə planları köklü şəkildə dəyişə bilər", - Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin hesab edir.

"Çexiya parlamentinin təşəbbüsü ilə baş vermiş hadisələrdən sonra söyləmək olar ki, Şərqi Avropadakı RƏM planlarına ölümcül olmasa belə, ən azından çox ağrılı zərbə vurulub", - Roqozin, cümə günü Moskvadakı mətbuat konfransında bildirib. - Ola bilər elə ölümcül də olsun".

Ötən çərşənbə axşamı Çexiya parlamenti Mirek Topolanekin hökümətinə inamsızlıq votumu elan edib. Müxalifət kabineti dünya maliyyə böhranı durumunda fəaliyyətsizlikdə günahlandırır, həmçinin ölkədə amerikan RƏM radar sisteminin yerləşdirilməsinə qarşı çıxır.

"NATO son anda Şərqi Avropada üçüncü mövqe rayonunun qurulması haqda amerikan planları ilə razılaşsa da, ABŞ-ın bütün müttəfiqlərin kürəyi arxasında Praqa və Varşava ilə razılığa gəlməsini öyrənəndən sonra şok və həyəcan keçirib", - Roqozin bildirib.

ABŞ-ın əvvəlki administrasiyası 2013-cü ildə Polşada 10 qabaqlayıcı-tutucu raket, həmçinin Çexiyada İran tərəfdən gözlənilən raket təhlükəsi adı altında radar yerləşdirməyi planlaşdırırdı. Rusiya bu sistemlərin onun təhlükəsizliyinə mane olacağını düşünür və cavab addımı kimi Kalininqrad rayonunda "İskander" raket komplekslərini yerləşdirməyə hazırdır.

Hazırkı amerikan administrasiyası Avropadakı RƏM sisteminin yerləşdirilməsinin tərəfdarı kimi çıxış etməsə də, amma ondan imtina da etmir.

Roqozinin sözlərinə görə, Rusiya və NATO münasibətlərindəki bu gərginlik nöqtəsi hələ də qalmaqdadır.

Məqalə müəllifi ilə əlaq ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti