...

Əfqanıstan üçün nəzərdə tutulmuş ilk qeyri-hərbi amerikan yükləri Qazaxıstan ərazisindən tranzit kimi keçib

Siyasət Materials 27 Mart 2009 16:09 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 mart / Trend müxbir K.Arınova/ "Əfqanıstan üçün nəzərdə tutulmuş ilk qeyri-hərbi amerikan yükləri Qazaxıstan ərazisindən tranzit kimi artıq martın əvvəlində keçib", - cümə günü nəqliyyat və kommunikasiyalar nazirliyindən məlumat verilib.

"Bugünlərdə Qazaxıstanın nəqliyyat və kommunikasiyalar nazirliyinin nəqliyyat və rabitə yolları komitəsinin sədr müavini Bekbolat Nareqeyev, Əfqanıstandakı təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrinə dəstək üçün qeyri-hərbi yüklərin Qazaxıstan ərazisindən dəmir yolu tranziti kimi istifadə olunması məktub layihələrinin razılaşdırılması məsələlərini müzakirə etmək üçün NATO ekspertləri ilə görüşüb", - qurumun mətbuat xidmətindən deyilib.

"Yenilənmiş mübadilə məktubları layihələri Qazaxıstanın dövlət orqanları tərəfindən razılaşdırılıb hüquqi ekspertizanın aparılması üçün ədliyyə nazirliyinə göndərilib", - nazirlikdən bildirilib.

"Burada söhbət Qazaxıstan ərazisindən qeyri-hərbi xarakterli yüklərinin kommersiya əsasında Aksaray-Beyneu, Jaysan-Sarıaqaç sahələrindən daşınmasına razılıq alınmasından gedir", - qurumdan qeyd olunub.

Fevralın ilk yarısında amerikan tərəfi Rusiyaya Əfqanıstan üçün nəzərdə tutulmuş qeyri-hərbi yüklərin tranziti barədə müraciət edib və müsbət cavab alıb. Daha sonra koalisiyanın qeyri-hərbi yüklərin Əfqanıstana tranzitinə Qazaxıstan, Özbəkistan və Tacikistan da razılıq verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti