...

Pakistan kəşfiyyatı Əfqanıstanda qeyri-sabitlik yaradır - əfqan generalı

Siyasət Materials 29 Mart 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir D.Xatınoğlu /  

"Pakistan kəşfiyyatı Talibanla əməkdaşlıq etməklə Əfqanıstanda qeyri-sabitlik yaratmağa çalışır",- deyə Əfqanıstan müdafiə nazirinin sözçüsü general Zahir Əzimi Trend -a bildirib.

ABŞ hərbi qüvvələrinin baş qərargah rəhbəri Admiral Mayk Molen martın 28-də bildirib ki, Pakistan Daxili Kəşfiyyat İdarəsi (Inter-Services Intelligence - İSİ ) Hindistan və Əfqanıstan sərhədlərindəki terror şəbəkələrinə dəstək verir. BBC-nin martın 28-də yaydığı məlumata görə, ABŞ hərbi qüvvələrinin Orta Şəqdəki baş qərargahının rəhbəri general Deuvid Betrous İSİ-nin fəaliyyətlərini tənqid edərək bildirib ki, Əfqanıstan sərhədindəki Taliban qüvvələri və digər militar hərbçilərin bəzisi İSİ-nin vasitəsilə yaradılıb və onların arasında əlaqə hələ də davam edir.

Əzimi bildirib ki, rəsmi Kabil dəfələrlə İSİ-nin Əfqanıstandakı təxribatlarından narazılığını bildirib. "Biz sevinirik ki, nəhayət, ABŞ Pakistan kəşfiyyatının əməlləri haqda açıq çıxış edib və bizim mövqeyimizi dəstəkləyib", - deyə general Əzimi bazar günü telefonla Kabildən bildirib.

Xəbər lenti

Xəbər lenti