...

GUAM milli koordinatorlarının növbəti iclası hazırlanır

Siyasət Materials 29 Mart 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir N.Abdullayeva /

"GUAM - demokratiya və iqtisadi inkişaf təşkilatı"nın milli koordinatorlarının növbəti görüşü aprel ayına nəzərdə tutulub", - Trend -a GUAM Katibliyindən deyilib.

"Görüşdə siyasi qarşılıqlı fəaliyyət, sahə əməkdaşlığı və təşkilati fəaliyyətlə bağlı bir sıra məsələlərin müzakirə edilməsi planlaşdırılır", - Katiblikdən bildirilib.

Milli koordinatorların görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.

"Görüşün dəqiq yeri və vaxtı diplomatik kanallarla dəqiqləşdirilir", - Katiblikdən deyilib.

GUAM təşkilatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı regional əməkdaşlıq məqsədilə yaradılıb, lakin qurum 2005-ci ilədək əməli olaraq fəaliyyət göstərməyib. Son üç ildə keçirilən sammitlərin əsas məsələləri regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təminatı üzrə səylərin əlaqələndirilməsindən ibarət olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti