...

ATƏT-in Bakı ofisinin yeni rəhbəri öz missiyasına apreldə başlayacaq

Siyasət Materials 30 Mart 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.Abdullayeva /

ATƏT-in Bakı ofisinin yeni rəhbəri aprelin 10-da işə başlayacaq. Bu barədə bazar ertəsi Trend -a ofisdən məlumat verilib.

Təşkilatın Bakı ofisinə Türkiyənin Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Əli Bilqe Cankorel rəhbərlik edəcək. O, bu postda diplomatik vəzifəsi ötən ilin dekabrında başa çatan Luis Herrero Ansolanı əvəz edəcək.

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Azərbaycanın rəsmi şəxsləri ilə görüşdən sonra fəaliyyətə başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti