...

Azərbaycan və İordaniya hərbi-texniki sahədəki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 31 Mart 2009 09:00 (UTC +04:00)
Azərbaycan və İordaniya hərbi-texniki sahədəki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.Abdullayeva /

Azərbaycan və İordaniya hərbi-texniki sahədəki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Azərbaycanın müdafiə naziri, general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 13-də İordaniyaya səfər edəcək. Bu barədə bazar ertəsi Trend -a telefonla İordaniyadan Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı məlumat verib.

Araslı bildirib ki, Əbiyev Ammanda hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək və heç bir saziş imzalanmayacaq.

Əbiyev səfər zamanı ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya səfəri çərçivəsində Əmmanda müdafiə sahəsində ikitərəfli saziş imzalanıb. Bu sazişə əsasən hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradılıb. Komissiyanın ilk iclası ötən ilin yayında Bakıda baş tutub. Tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin İordaniyanın hərbi ali təhsil müəssisələrində hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri geniş şəkildə müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti