...

Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər hüquqi qüvvəyə minib

Siyasət Materials 31 Mart 2009 15:05 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər hüquqi qüvvəyə minib

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklər bu gündən hüquqi qüvvəyə minib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev çərşənbə axşamı Trend -a bildirib ki, bu gün Konstitusiyaya yeni əlavə və dəyişikliklər rəsmi qəzetlərdə dərc olunub.

Azərbaycan qanunvericiliyinə görə, qəbul edilmiş normativ aktlar dərc edildiyi gündən hüquqi qüvvəyə minir.

Trend -un arayışı: MSK bazar ertəsi martın 18-də keçirilən ölkə Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendumun nəticələrini təsdiq edib.

Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-91 faizi tərəfindən dəstəklənib.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti