...

Hazırda Türkiyənin Anders Foq Rasmussenin namizəliyi üzrə heç bir konkret mövqeyi yoxdur – NATO-nun Parlament Assembleyasında Türkiyə nümayəndə heyətinin başçısı

Siyasət Materials 1 Aprel 2009 09:00 (UTC +04:00)
Hazırda Türkiyənin Anders Foq Rasmussenin namizəliyi üzrə heç bir konkret mövqeyi yoxdur – NATO-nun Parlament Assembleyasında Türkiyə nümayəndə heyətinin başçısı

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin hazırda Anders Foq Rasmussenin namizəliyi üzrə heç bir konkret mövqeyi yoxdur. Bu barədə NATO-nun Parlament Assembleyasında Türkiyə nümayəndə heyətinin başçısı Vahid Erdem bildirib.

"Namizədin - Danimarkanın Baş naziri Rasmussenin Türkiyəyə münasibətdə bəzi mülahizələri və fəaliyyəti bütün islam dünyasında onun mövqeyini zəiflədib", - deyə Trend -a məlumatında Erdem bildirib.

NATO-nun yeni Baş katibi vəzifəsinə ən real namizəd Danimarkanın Baş naziri Rasmussen hesab edilir. Qəti qərar isə NATO-nun Fransanın Strasburq və Almaniyanın Kele, Baden-Bade şəhərlərində aprelin 3-4-də keçiriləcək yubiley sammitində qəbul ediləcək. Danimarka Baş nazirinin namizədliyini AFR, Böyük Britaniya, Fransa və İtaliyanın ardınca ABŞ da dəstəkləyib.

Danimarkanın Baş naziri Rasmussen 2001-ci ildə ABŞ tərəfindən elan olunan beynəlxalq terrorizmlə mübarizəni dəstəkləyənlərin ilki olaraq, Əfqanıstan və İraqa Krallığın böyük hərbi kontingentlərinin göndərilməsinə razılıq verib.

Onun adı, həmçinin 2005-ci ildə Danimarka KİV-də Məhəmməd peyğəmbərin karikaturalarının yayımlanması qalmaqalında da hallanır. Danimarkanın Baş naziri söz azadlığına istinad edən jurnalistləri günahlahlandırmaqdan imtina edib. Türkiyə Rasmusssenin üzr istəməsini istəyir.

Erdem hesab edir ki, NATO-nun Baş katibi vəzifəsinə namizədlərin heç birinə etiraz etmir. Onun sözlərinə əsasən, Rasmussenin Türkiyəyə münasibətindən rəsmi Ankara hələ də ehtiyat edir.

"NATO təkcə transatlantik alyans deyil, beynəlxalq cəmiyyətlə sıx münasibət qurmalı olan və İslam dünyası ilə diaoloqa kömək etməli olan təşkilatdır", - deyə Erdem bildirib.

O, hesab edir ki, buna görə də NATO başçısı vəzifəsinə namizədlər dünyanın hər bir regionundakı vəziyyətdən xəbərdar olmalıdır. "Alyans başçısı vəzifəsinə seçilmək üçün bu şərtlər vacibdir", - deyə Erdem qeyd edib.

Onun sözlərinə əsasən, son zamanlar danimarkalı namizədin Türkiyəyə və İslam dünyasına münasibətində müsbət dəyişikliklər mövcuddur. "Rasmussen Danimarkada yayımlanan "Roj" kürd telekanalına olan əvvəlki mövqeyində qalmır", - o deyib.  

Türkiyə Danimarkada kürd telekanalının yayımlanmasına mənfi yanaşır, Ankara nümayəndələri dəfələrlə onun bağlanmasını istəsələr də rəsmi Kopenhagen buna anlayış göstərməyib.

Erdemin fikrincə, Türkiyə NATO-nun Baş katibi vəzifəsinə namizəd seçərkən bunları nəzərə alacaq. "Lakin etiraf etmək lazımdır ki, ABŞ və Avropanın dəstəklədiyi ən real namizəd məhz Rasmussendir", - deyə Erdem bildirib.

"Əgər o, mötədil mövqe tutsa Türkiyə onun seçilməsinə etiraz etməyəcək", - deyə Erdem hesab edir. "Hesab edirəm ki, ABŞ Prezidenti Barak Obamanın İstanbula hazırki səfəri ərzində ölkə başçısı Abdulla Gül Rasmussenin namizədliyini müzakirə edəcək", - deyə o bildirib.

Erdem hesab edir ki, danimarkalı namizəd NATO-nun Baş katibi seçilərsə o, özü Türkiyənin alyans üçün nə dərəcədə vacib olduğuna və onun strateji əhəmiyyətinə inanacaq.

"Şimali Atlantika Alyansı Türkiyə ilə sıx münasibətlərə malikdir və bu ənənəyə sadiq qalmalıdır", - deyə Erdem bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti