...

Azərbaycanın cənub bölgəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb

Siyasət Materials 1 Aprel 2009 12:10 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 01 aprel / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənub bölgəsində cari ilin 3 ayında qanunsuz dövriyyədən 50 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Trend -un bölgə müxbirinin Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsinə istinadən verdiyi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3 ayda bu regionda 25 cinayət faktı qeydə alınıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 32 kiloqramı həşiş, 12 kq 142 qramı heroin, 177 qramı tiryək, 1 kq 802 qramı psixotrop dərmanlar olub.

Cinayət faktları üzrə 8 nəfər tutulub ki, onlardan biri İran vətəndaşı olan qadındır.

Narkotiklərin 45 kq 250 qramı Biləsuvarda, 4 kq 895 7 qramı Yardımlıda, 133 qramı Lənkəranda aşkarlanıb.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə dair faktların 5-i qaçaqmalçılıqla bağlıdır.

2008-ci ilin müvafiq dövründə 24 cinayət fakt üzrə 26 kq 182 qram narkotik vasitə tutulub və həmin faktlar üzrə 16 nəfər həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti