...

ABŞ bazasının Qırğızıstanda olması üçün hüquqi əsas yoxdur – deputat

Siyasət Materials 1 Aprel 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir V.Javoronkova /

RİA Novosti-yə müsahibə zamanı Joqoku Keneşin (parlament) xarici işlər üzrə komitə sədrinin müavini Kabay Karabekov deyib ki, Şimali Atldantika Alyansı tərəfindən Qırğızıstanın "Manas" aviabazasından istifadəsi barədə danışıqlar mümkün deyil. Çünki NATO qoşunlarının ölkə ərazisində olması üçün hüquqi əsas yoxdur.

"Antiterror koalisiyası qüvvələrinin Qırğızıstan ərazisində qalmasının artıq hüquqi əsası olmadığından Bişkəkin "Manas" beynəlxalq hava limanında yerləşən "Qansi" aviabazası ilə bağlı danışıqların aparılması mümkün deyil", - Karabekov deyib.  

Ötən həftə yüksək çinli amerikalı diplomat gözlənilmədən bildirmişdi ki, ölkəsi Bişkəkdən "Manas" aviabazası ilə bağlı danışıqları davam etdirmək təklifi alıb. Qırğızıstan yayılmış informasiyanı təkzib edib. "Manas" bazasından NATO-nun Əfqanıstanda apardığı antiterror əməliyyatına dəstək məqsədilə istifadə olunurdu.

"Baza ilə bağlı NATO və Qırğızıstan arasında əvvəllər imzalanmış sənədlər qüvvədən düşüb", - Karabekov qeyd edib.

Avqusta qədər axırıncı ABŞ əsgəri respublikanın ərazisini tərk etməlidir. Karabekovun fikrincə, amerikalılar məsələ ilə bağlı danışıqlar aparmaq istəyirlərsə onu başqa formatda aparmalıdırlar.

"Başqa format dedikdə, Əfqanıstanın bərpasına yönəlmiş əməkdaşlığın hüquqi və iqtisadi aspektləri nəzərdə tutulur", - Karabekov bildirib.

Karabekova görə, 2001-ci ildə Əfqanıstanla bağlı koalisiya yarananda söhbət terrora qarşı mübarizə ilə yanaşı, həm də Əfqanıstanın bərpasından gedirdi. İllər keçsə də bərpadan hələ danışan yoxdur. "Hərbi metodların Əfqanıstanda keçərli olmadığını təcrübə göstərib", - Karabekov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti