...

Gürcüstan müxalifəti sadəcə Mixail Saakaşvili ilə dialoqa girəcək

Siyasət Materials 1 Aprel 2009 20:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Parlament çoxluğunun təklifi ölkənin belə ağır siyasi böhran içərisində olduğu zaman adekvat deyil, ictimaiyyətin hökümətə inamsızlığı ən yüksək səviyyədədir. Bu barədə müxalifət partiyalarının bugünkü birgə bəyannaməsində deyilir.

"Bu dialoq hazırlığı ictimaiyyəti və beynəlxalq cəmiyyəti çaşdırmaq, diqqəti real problemlərdən yayındırmaq məqsədilə aparılan immitasiyasıdır. Xalq plebisiti bir daha Gürcüstan vətəndaşlarının ölkədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsində möhkəm iradəli olduğunu göstərdi, hakimiyyətin təkliflərinə isə ictimaiyyət aprelin 9-da cavab verəcək. Yaranmış vəziyyətdə dialoqun yeganə məsələsi kimi biz, əvvəllər də olduğu kimi hakimiyyətin konstitusional sülh yolu ilə əvəzlənməsini hesab edirik və bu məsələ üzrə yalnız Mixail Saakaşvili ilə dilaloqa girməyə hazırıq", - bəyanatda deyilir.

Partiyalar adından sənədi İrakli Alasaniya ("Gürcüstan naminə alyans"), David Usupaşvili (Respublika Partiyası), Levan Qaçeçiladze, Nino Burcanadze (Vahid Gürcüstan Demokratik Hərakat), Salome Zurabişvili (Gürcüstan Yolu), Eka Beseliya (Vahid Gürcüstan naminə hərəkat), Zviad Dzidziquri (Konservativ Partiya), Koba Davitaşvili (Xalq partiyası) imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti