...

Azərbaycan Müdafiə Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt"ə 1461 zəng daxil olub

Siyasət Materials 3 Aprel 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində fəaliyyət göstərən "Qaynar xətt"ə 3 gün ərzində 1461 zəng daxil olub. MN-inin Mətbuat Xidmətindən cümə günü Trend -a verilən məlumata görə, valideynlər, çağırışçıların yaxınları "Qaynar xəttə" müraciət edərək maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrəniblər.

Nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyət göstərən işçi qrupuna isə 49 zəng daxil olub. Edilən müraciətlərin 41-i barədə araşdırmalara başlanılıb və bunlarla bağlı nazirliyin rəhbərliyinə məruzə edilib.

Müdafiə nazirinin tapşırığı əsasında vətəndaşların sorğularının obyektiv qaydada yerinə yetirilməsi üçün vaxtında qəti tədbirlər görülüb. İşçi qrupuna edilən digər 8 müraciətin isə qanunun tələblərindən kənar olduğu aşkar edilib və müraciət edən şəxslərə onların yerinə yetirilməsinin mümkün olmadığı bildirilib.

Trend -un arayışı: İşçi qrupunun yaradılmasında məqsəd hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirilmədə qüsurlara yol verilməsinin qarşısını almaqdır.

Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində "Qaynar xətt" yaradılıb.

"Qaynar xətt" - 438 61 10; 439 55 14; 439 23 55; 439 90 28.

Şikayət və ərizələr üzrə işçi qrup - 438 61 31; 438 61 74.    

Trend -un arayışı: Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın qaydaları təsdiqlənib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib.

Nazirlər Kabineti bununla yanaşı, Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışını həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibini də təsdiqləyib.

Komissiyaya respublika hərbi komissarının müavini Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev tutacaq. Komissiyanın tərkibinə daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Siyavuş Novruzov daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti