...

Amerika freqatının Batumiyə səfəri ABŞ və Gürcüstanın hərbi sahədə əməkdaşlığını nümayiş etdirir – müdafiə naziri

Siyasət Materials 3 Aprel 2009 18:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın müdafiə naziri David Sixarulidze hesab edir ki, Amerikanın USS KLARKING freqatının Batumi limanında olması ABŞ və Gürcüstanın hərbi sahədə əməkdaşlığını nümayiş etdirir.

Müdafiə İdarəsinin başçısı və onu müşayiət edənlər gəminin bortunda olublar və gəmi kapitanının müşayiəti ilə ona baxış keçiriblər.

Amerika freqatı artıq dörd gündür ki, Batumi limanındadır. Onun bortunda Gürcüstan Sahil Xidmətinin əməkdaşları nəzəri və təcrübi treninqlər keçirirlər. Görüş çərçivəsində USS KLARKING heyəti ilə Gürcüstan Sahil Xidmətinin əməkdaşları arasında futbol matçı da keçiriləcək.

Amerika gəmisi bu gün Batumini tərk edəcək.

Sixarulidzenin sözlərinə əsasən, bununla yanaşı, freqatın burada olması ABŞ və Gürcüstanın hərbi sahədə əməkdaşlığının davamını nümayiş etdirir, bu, bütövlükdə Şimali Atlantika məkanında stabilliyin zəmanəti üçün çox vacibdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti