...

Avropada RƏM strateji reallıqdansa ABŞ-ın əsas təsir vasitəsinə çevrilib – Cenevrə Strateji Araşdırmalar İnstitutunun prezidenti

Siyasət Materials 7 Aprel 2009 11:08 (UTC +04:00)
Avropada RƏM strateji reallıqdansa ABŞ-ın əsas təsir vasitəsinə çevrilib – Cenevrə Strateji Araşdırmalar İnstitutunun prezidenti

Cenevrə Strateji Araşdırmalar İnstitutunun prezidenti Jan-Mark Rikli xüsusi olaraq Trend -üçün  

ABŞ raket əleyhinə müdafiə (RƏM) sisteminin Avropada yerləşdirilməsi gələcəkdə bütövlükdə bu layihənin dayandırılması ilə nəticələnəcək. Layihə bir sıra səbəblərə görə xeyli ixtisara düşəcək: Obama Administrasiyası xarici siyasətin prioritetlərini dəyişib.

Prezident Obama açıq-aydın bildirdi ki, Əfqanıstan və Pakistan hazırda ən vacib məsələlərdir. İkincisi, iqtisadi böhran ABŞ-ı hərbi xərclərə nəzər salmağa məcbur edir. Hökumətin hesabatında deyilir ki, milli RƏM sisteminin idarə olunması xərcləri 2-3 milyard dolları aşa bilər. Müdafiə naziri Robert Qeyts milli raket əleyhinə müdafiə sistemi xərclərinin 1 milyard və ya 2 milyarda qədər azaldılması barədə bəyanat verə bilər.

Obama Administrasiyası bununla bildirdi ki, onlar vəsaiti təcrübə xarakteri daşıyan sistemlərə yatırmaqdansa işlək sistemə yatırmağa üstünlük verirlər.

Bundan əlavə, RƏM sistemi bilavasitə üzərinə düşən vəzifəni icra edə bilmir - təxmin edilən qitələrarası təhlükə xəyalındansa işçi məqsədlər üçün yaxın məsafəli raketlərə olan yeni Amerika strategiyasının tələbatını ödəmək.

Hazırda Amerika əsgərlərinin qorunması üçün birinci məsələ hərbi kəşfiyyatın imkanlarını artıran ötürücülər şəbəkəsinə edilən yatırımların artırılmasıdır. ABŞ xarici siyasətinin prioritetlərinin dəyişməsi nəticəsində RƏM xeyir verən sistemdən daha çox əlavə yükə çevrilib.

Obama Administrasiyası İranla əlaqələri bərpa etməyə can atır, RƏM sistemi isə bunun tam əksinə hesablanan layihədir. Ən əsasə isə RƏM sisteminin Rusiya maraqlarının əleyhinə olmasıdır. Bununla belə, ABŞ Administrasiyası Rusiya ilə əlaqələri normallaşdırmağa can atır. Rusiyanın Gürcüstana soxulması və "Manas"la bağlı Qırğızıstana təzyiqləri bir daha göstərdi ki, ruslar Amerika səylərinə mane olan imkanlara malikdirlər. Amerika hazırda çalışır ki, Tehranın RƏM kompleksləri və nüvə texnologiyaları təchizatına yardımdan Rusiyanı çəkindirsin. ABŞ-ın Avropada RƏM sistemləri quraşdırmaq fikrindən daşınması isə rusları İranın nüvə proqramının durdurulması istiqamətində amerikalılara kömək etməkdə inandıra bilər. 
Buşun milli raket əleyhinə müdafiə sistemi ilə bağlı konsepsiyası yəqin köhnəlib. ABŞ-ın yeni Administrasiyası vacib ölkələrin dəstəyini almaqdan ötrü birtərəfli hərəkətlərdən çəkilib. Şübhəsiz, Rusiya da vacib sayılan ölkələrdən biridir. Bu baxımdan ABŞ-ın milli RƏM sistemi ABŞ strategiyasının əsas aləti olmadığından strateji reallıqdansa Amerikanın əsas təsir vasitəsinə çevrilib.

Müəllifin fikirləri Trend İinformasiya Agentliyi redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər

Xəbər lenti

Xəbər lenti