...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilmə mümkünlüyü ATƏT-in Minsk Qrupu həmsədrlərindən asılı olacaq – xarici işlər naziri

Siyasət Materials 7 Aprel 2009 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir Ü.Sadıqova /

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünün keçirilmə mümkünlüyü ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin nəticələrindən asılıdır. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Həmsədrlərin regiona səfəri aprelin 20-21-nə nəzərdə tutulub. Vasitəçilər mayın əvvəlində Praqa və ya Brüsseldə keçirilməsi ehtimal olunan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün hazırlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti