...

Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 8 Aprel 2009 14:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, çərşənbə günü AzerTAc dövlət agentliyi məlumat yayıb.

Piter Semnebi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solanonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verib, Azərbaycanla Avropa İttifaqı arasında sıx əlaqələrin olduğunu bildirib.

Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında genişlənən əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solanonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarına çatdırmağı xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti