...

Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanın maraqlarına ziddir – Milli Məclisin deputatı

Siyasət Materials 8 Aprel 2009 16:00 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanın maraqlarına ziddir – Milli Məclisin deputatı

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir İ.Xəlilova /

"Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycanın maraqlarına ziddir", - çərşənbə günü iqtisadi siyasət üzrə parlament komissiyasının sədr müavini Çingiz Əsədullyev deyib.

"Hazırda Azərbaycan-Türkiyə münasibətləri yaxşı səviyyədədir, buna görə də bu prosesi diqqətlə izləmək lazımdır, çünki Azərbaycan münaqişənin həlli məsələsində öz mövqeyində israrlı olmaqda davam edir", - Əsədullayev parlamentin iclasında deyib.

Türkiyə ictimaiyyətinin müxtəlif dairələrinin nümayəndələri hesab edir ki, Ermənistanla sərhəd açılacaq.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti