...

Aİ hesab edir ki, müxalifətin etiraz aksiyaları Gürcüstanda hakimiyyətlə müxalifətin danışıqlar masasına keçmələri üçün stimul olacaq

Siyasət Materials 9 Aprel 2009 16:03 (UTC +04:00)
Aİ hesab edir ki, müxalifətin etiraz aksiyaları Gürcüstanda hakimiyyətlə müxalifətin danışıqlar masasına keçmələri üçün stimul olacaq

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya / 

Etiraz aksiyası iştirakçılarının təhlükəsizliyi məsələlərini bu gün Tbilisi Meriyasında şəhər hakimi Qiqi Uqulava və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi müzakirə ediblər. Bu barədə Semnebi bildirib.

"Aksiyada iştirak edən insanların təhlükəsizliyinin təmin olunması mütləqdir. Təxribata yol verilməməlidir", - Semnebi deyib.

Semnebi qeyd edib ki, vətəndaşlar aksiya vasitəsilə etirazlarını bildirə bilərlər və buna hüquqları çatır. "Düşünürəm ki, bu aksiya müxalifətlə hakimiyyət arasında danışıqlar yolunu seçmək üçün stimul olacaq", -  Semnebi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti