...

Gürcüstan hakimiyyəti ilə müxalifət arasında dialoq hələ ki mümkün deyil – Gürcüstanın eks-prezidenti

Siyasət Materials 10 Aprel 2009 17:34 (UTC +04:00)
Gürcüstan hakimiyyəti ilə müxalifət arasında dialoq hələ ki mümkün deyil – Gürcüstanın eks-prezidenti

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir E.Tariverdiyeva /  

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze hesab edir ki, Gürcüstan hakimiyyəti ilə müxalifət arasında dialoq hələ ki, mümkün deyil.

"Düşünürəm ki, yaxın günlərdə müxalifətlə prezident arasında konstruktiv dialoq mümkün deyil", -   Trend -a telefon bağlantısı zamanı Şevardnadze bildirib.

Onun fikrincə, nə bu gün, nə də sabah bu baş verməyəcək. "Gələcəkdə isə belə bir ehtimal istisna olunmur", - Şevardnadze deyib.

Gürcüstan prezidentinin istefası tələbi ilə aksiyalar bu gün də davm edir. Aksiya təşkilatçıları 14 partiyadan ibarətdir, o cümlədən parlamentin eks-spikeri Nino Burcanadzenin "Vahid Gürcüstan - Demokratik Hərəkat", keçmiş müdafiə naziri İrakli Okuraşvilinin "Vahid Gürcüstan naminə hərəkat"  partiyası, keçmiş XİN rəhbəri Salome Zurabişvilinin "Gürcüstan Yolu" partiyası və Gürcüstanın ilk prezidenti Zviyad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiyanın "Azadlıq" partiyası.
Aksiyaya Gürcüstanın BMT-də keçmiş səfiri Zurab Nqaidelinin rəhbərlik etdiyi "Gürcüstan üçün alyans" hərəkatı və bir sıra parlament müxalifəti qoşulub.

Şevardnadze bildirib ki, hələ ki, müxalifətlə Prezident Saakaşvili arasında ciddi çətinliklər yaranmayıb. "Lakin yaxın vaxtlarda nə olacağını proqnoz edə bilmərəm", - Şevardnadze qeyd edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti