...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkisində yeni proqramla iştirak edəcək

Siyasət Materials 11 Aprel 2009 09:00 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bələdiyyə seçkisində yeni proqramla iştirak edəcək

Azərbaycan, Bаkı, 10 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində yeni proqramla iştirak edəcək.

"Biz dünya təcrübəsində olduğu kimi, bütün seçkilərdə yeniliklər tətbiq etməyə üstünlük veririk", - cümə günü Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkilərinin 2009-cu ilin payızında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə bələdiyyə seçkiləri keçirilib.

Novruzovun sözlərinə görə, artıq yeni proqramın hazırlanmasına başlanılıb. "Referendumdan sonra qarşımızda duran əsas vəzifələrdən biri bələdiyyə seçkilərinə hazırlıqdır", - YAP funksioneri əlavə edib.

Millət vəkili deyib ki, yeni proqramda seçkidə iştirak və namizədlərin müəyyənləşdirilməsi ilə bağlı bütün taktiki və strateji məsələlər öz əksini tapacaq. "Proqram qısa müddətdə hazır olacaq. Bundan sonra hər gün hansı işləri görəcəyimiz müəyyənləşdiriləcək", - Novruzov vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti