...

Türkiyə Ermənistan sərhədinin açılması üçün Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir - Eks prezident Süleyman Dəmirəl

Siyasət Materials 11 Aprel 2009 22:20 (UTC +04:00)
Türkiyə Ermənistan sərhədinin açılması üçün Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir - Eks prezident Süleyman Dəmirəl

Türkiyənin eks prezidenti Süleyman Dəmirəl Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün Ermənistanın Azərbaycanın işğal edilən ərazilərini boşatmasının vacibliyini bildirib. Bu haqda Türkiyənin "Milliyət" qəzeti məlumat verib.

"Türkiyə Sərhədlərin açılması üçün qarşılıqsız addım atmamalıdır. Ermənistan sərhədinin açılması üçün Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir " -deyə Dəmirəl bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.
Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Eks prezident onu da əlavə edib ki, sərhədlərin açılmasında ən çox başqa ölkələr maraqlıdır.
Qondarma "erməni soyqırımının" ABŞ konqresində müzakirəsinə münasibətini bildirən Dəmirəl onu da qeyd edib ki , iddianın konqresdə qəbul edilməməsi üçün sərhədləri açmaq məsələnin uzun müddətli həllinə gətirməyəcək.

"Türkiyənin Ermənistanla sərhədləri açmaqla nəsə qazanacağına inanmıram" -deyə o qeyd edib 


Xəbər lenti

Xəbər lenti