...

Azərbaycan Prezidenti "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" sərəncam imzalayıb

Siyasət Materials 13 Aprel 2009 21:15 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidentin imzaladığı sərəncama əsasən, mədəniyyət, səhiyyə və təhsilin inkişafında böyük xidmətlərinə görə Bağırov Adil Kamil oğlu, Hüseynova Solmaz Hüseyn qızı, Xəlilov Fərhad Qurban oğlu, Kərimov Yəhya Şəfi oğlu, Mirzəyev Həsən İbrahim oğuna fərdi təqaüdlər verilib.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti