...

Azərbaycan terrorçuluğa qarşı mübarizə və hərbi-texniki sahələrdə İordaniyanın təcrübəsini öyrənir

Siyasət Materials 14 Aprel 2009 12:56 (UTC +04:00)
Azərbaycan terrorçuluğa qarşı mübarizə və hərbi-texniki sahələrdə İordaniyanın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan terrorçuluğa qarşı mübarizə və hərbi-texniki sahələrdə İordaniyanın təcrübəsini öyrənir. Azərbaycanın müdafiə naziri, general-leytenant Səfər Əbiyev Əmmanda İordaniyanın Baş naziri Nadir Dahabi və bu ölkənin Silahlı Qüvvələrinin Qərərgah Rəisləri Birləşmiş Komitəsinin sədri Xalid Cəmil əl-Sarayrah ilə iki ölkənin bu sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Trend -a çərşənbə axşamı Əmmandan Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Araslı bildirib ki, rəsmi səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın müdafiə naziri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi pespektivlərini, iki ölkə arasında müdafiə məsələləri üzrə komissiyanın ilk iclasında qəbul olunan qərarların icrasının gedişatını müzakirə edib.

2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin İordaniyaya səfəri çərçivəsində Əmmanda müdaifə sahəsində ikitərəfli saziş imzalanıb. Sazişə əsasən, hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradılıb. Komissiyanın ilk iclası ötən ilin yayında Bakıda keçirilib. Tərəflər ikitərəfli əməkdaşlıq, İordaniyanın ali təhsil müəssisələrində hərbi kadrların hazırlanması, təcrübə mübadiləsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Araslı bildirib ki, danışıqlarda komissiyanın ikinci iclasının yayda Əmmanda keçirilməsi barədə qərar qəbul olunub.

Bu gün Azərbaycanın müdafiə naziri İordaniyanın hərbi hissələrində olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti