...

İran BMT Təhlükəsizlik Şurasının "altılığı"na yeni təkliflər paketi təqdim edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Aprel 2009 15:21 (UTC +04:00)
İran BMT Təhlükəsizlik Şurasının "altılığı"na yeni təkliflər paketi təqdim edəcək (ƏLAVƏ OLUNUB)

İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, BMT Təhlükəsizlik Şurasına son təkliflər paketinin verilməsindən sonra, dünyada vəziyyət dəyişib, ona görə BMT TŞ-nin "altılığı"na yeni təkliflər paketi təqdim etmək lazımdır.

Mehr agentliyinin verdiyi xəbərə görə, Kerman şəhərində çıxışı zamanı Əhmədinejad bildirib ki, təkliflər hazırlanır və yaxın gələcəkdə BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq.

Onun sözlərinə görə, bundan sonra BMT TŞ ilə İran arasında danışıqlar yeni təkliflərə müvafiq aparılmaldır. "İranın yeni təkliflər paketi sülhə və stabilliyə zəmanət verir və bu üzdən danışıqlar təkliflərə əsasən aparılmalıdır", - deyə Əhmədinejad bildirib. O əlavə edib ki, dünyanın heç bir ölkəsi öz istəklərini İrana diktə edə bilməz.

Qərb 2006 və 2008-ci illərdə İrana ölkənin nüvə işləmələrinə dair təkliflər paketi təqdim edib.

İran birinci paketi qəbul etməyib, ikinciyə cavab olaraq isə İran öz təkliflərini təqdim edib. Qərb İrana iqtisadi yardım və enerji istehsalında dəstəyin əvəzində nüvə işləmələrini dayandırmağı təklif edib.  

Xəbər lenti

Xəbər lenti