...

Rusiya Türkiyə və Ermənistan arasındakı münasibətlərə qarışmır - səfir

Siyasət Materials 16 Aprel 2009 13:53 (UTC +04:00)
Rusiya Türkiyə və Ermənistan arasındakı münasibətlərə qarışmır - səfir

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir E.Tariverdiyeva /

"Rusiya Türkiyə-Ermənistan münasibətlərinə qarışmır, lakin daha geniş kontekstdə Moskva regionda sabitliyin bərqərar olmasına doğru bütün prosesləri alqışlayır", - cümə axşamı jurnalistlərə RF-nin Azərbaycandakı yeni səfiri Vladimir Doroxin deyib.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçını izləmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə Ermənistanla sərhədin Dağlıq-Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacağını deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 

"Biz Türkiyə və Ermənistan arasındakı münasibətlərin iki ölkənin daxılı işi olması mövqeyindən çıxış edirik. Azərbaycan rəhbərliyi müdrik və kamildir, ölkənin maraqlarına cavab verən mövqe hazırlayacaq", - Doroxin bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti