...

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri ikitərəfli münasibətləri müzakirə ediblər

Siyasət Materials 16 Aprel 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir V.Javoronkova /

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin Moskvada ikitərəfli münasibətləri müzakirə ediblər. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, söhbət zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Moskvaya qarşıda duran işgüzar səfərinə hazırlıq kontekstində ikitərəfli münasibətlərin bir sıra aktual məsələləri müzakirə olunub.

Azərbaycan Prezidentinin Moskvaya səfəri aprelin 16-17-nə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti