...

Azərbaycan Prezidenti "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavənin tətbiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 16 Aprel 2009 16:25 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. BU barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Fərmanda qüvvədə olan qanunvericilik aktlarının "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə edilməsi barədə" Qanununa uyğunlaşdırılması barədə Nazirlər Kabinetinə təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti özünün və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən olunub.

"Kütləvi informasiya vasitələri haqqında" Qanunun 19-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

Müvafiq icra hakimiyyəti orqanı əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə və kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

Xəbər lenti

Xəbər lenti