...

Növbədənkənar prezident seçkilərinə dair referendum Gürcüstanı mövcud siyasi böhrandan çırxara bilər – sorğu

Siyasət Materials 20 Aprel 2009 13:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 aprel / Trend , müxbir N.Kirtsxalia /

"Kviris palitra" həftəliyinin oxucularının əksəriyyəti Gürcüstanda yaranan siyasi böhrandan çıxış yolunu növbədənkənar prezident seçkilərinə dair referendumun keçirilməsində görür. Qəzet tərəfindən sorğulanan 402 nəfərdən 52,7%-i referendumun keçirilməsinə tərəfdar oluduğunu bildirib.

Sorğulananların 20,3%-i hesab edir ki, referendumun keçirilməsi ölkədə yaranan siyasi böhranı həll etməyəcək.

Sorğulananların daha 27% -i "növbədənkənar prezident seçkilərinə dair referendumun keçirilməsi ölkəni mövcud siyasi böhrandan çıxara bilərmi" sualına birmənalı cavab verə bilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti