...

Gürcüstan qədim torpaqlarının itirilməsi ilə heç zaman barışmayacaq – Prezident Saakaşvili

Siyasət Materials 20 Aprel 2009 20:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan hökuməti qədim torpaqlarının (Abxaziya, Cənubi Osetiya) itirilməsi ilə heç zaman barışmayacaq", - bazar ertəsi Gürcüstan Slahlı Qüvvələri hücum dəstəsinin komandanı David Nairaşvilinin "Müqədəs Georgi" ordeni ilə təltifolunma mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.

"Biz hər zaman azadlığımız və ərazi bütövlüyümüz uğrunda mübarizə aparacağıq", - Saakaşvili qeyd edib.  

O, qeyd edib ki, torpaqlarının 20 faizinin itirilməsinə baxmayaraq Gürcüstan beynəlxalq aspektdə çox şey əldə edib.

"Bütün dünya bu torpaqları işğal olunmuş adlandırır. Bunun belə olduğunu qeyd-şərtsiz olaraq Aİ, ABŞ, Çin qəbul edir", - Gürcüstan Prezidenti bildirib.

Prezident deyib ki, Gürcüstan öz ərazisinin işğalı ilə barışmayacaq və inkişaf edib torpaqlarını geri qaytaracaq.

"Hazırda bizdən ötrü proritet olan dinc inkişafdır və bu bizi sülhə aparacaq", - Gürcüstanın dövlət başçısı qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti