...

Dünya və İslam ölkələri parlamentləri sionist rejimin cinayətlərinin məhkəmələrdə araşdırılması üçün qanunlar qəbul etməlidir - İran parlamentinin spikeri

Siyasət Materials 21 Aprel 2009 13:02 (UTC +04:00)
Dünya və İslam ölkələri parlamentləri sionist rejimin cinayətlərinin məhkəmələrdə araşdırılması üçün qanunlar qəbul etməlidir - İran parlamentinin spikeri

"Dünya və İslam ölkələri parlamentləri sionist rejimin cinayətlərinin həmin ölkənin məhkəmə orqanları tərəfindən araşdırılması üçün qanunlar qəbul etməlidir, - deyə İran parlamentinin sədri Əli Laricani çərşənbə axşamı Tehranda keçirilən İslam ölkələri prokurorlarının iclasında çıxışı zamanı bildirib. Bu barədə İran televiziyası məlumat verib.

Laricani bildirib ki, sionist rejimin bəzi rəsmiləri İranı nüvə proqramına görə hədələyirlər. "Hansısa rejim açıq şəkildə bir ölkəni hədələyir, BMT Təhlükəsizlik Şurası nə üçün buna reaksiya bildirməyib", - Laricani deyib.

Laricani İsrail rəsmilərindən İran xalqının Şah və Səddama qarşı apardığı mübarizənin tarixini diqqətlə izləməyə çağırıb. "İran xalqı Şahı cəzalandırdı, ABŞ bir iş görə bilmədi. Səddam ABŞ tərəfindən dəstək alaraq İrana hücum etdi. Bundan sonra İran xalqı Səddamı regiondan uzaqlaşdırdı və onu dəstəkləyən ABŞ yenə də heç bir iş görə bilmədi ", - deyə Laricani bildirib.

Tehranda keçirilən İslam ölkələri prokurorlarının iclasında dünyanın 60 ölkəsindən 200-ə yaxın nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti